İlham Əliyev Paşinyana diplomatiya dərsi keçdi
Mayın 25-i Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.
Tədbirdə qonaq qismində iştirak edən Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana diplomatiya dərsi verib. Belə ki, N.Paşinyan Rusiya Prezidentinin sözünü yarımçıq kəsərək Azərbaycanı Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə üçtərəfli razılaşmaları pozmaqda, hətta Ermənistana qarşı ərazi iddialarında ittiham edib. İlham Əliyev isə N.Paşinyana tutarlı cavab verməklə, onu yerinə oturdub.
“Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və mənim sözlərimdə bu iddiaları görmək üçün çılğın fantaziya sahibi olmaq lazımdır. “Dəhliz” məsələsinə gəlincə, mən bu ifadədən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən danışarkən də istifadə edirəm. “Dəhliz” ifadəsi kiminsə ərazisinə iddia etmək anlamına gəlmir. “Dəhliz” ifadəsi beynəlxalq termindir. Beynəlxalq terminologiya ilə tanış olan şəxslər bu sözə Ermənistanın Baş naziri Nikol Paşinyanın önəm verdiyi qədər əhəmiyyət vermirlər”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- XIII Qlobal Bakı Forumunda hansı mühüm məsələlər müzakirə ediləcək? - Baku TV
- Prezident Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə nələri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb - Baku TV
- "Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkə ola bilər" | Prezident - Baku TV
- İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - Baku TV
