Pleyeri seçin:

İlham Əliyev "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti ilə görüşdü

10 dekabr 2025 161 baxış

Prezident İlham Əliyev dekabrın 10-da "John Deere" şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.

Söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olunub.

"John Deere" şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verib.

Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təhsil və təlim mərkəzinin yaradılması suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1837-ci ildə ABŞ-də qurulmuş "John Deere" kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan "John Deere"in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.

ABŞ Yaxın Şərq planında Bakıya güvənir? - Pezeşkian İranın hədəfini açıqladı

ABŞ Yaxın Şərq planında Bakıya güvənir? - Pezeşkian İranın hədəfini açıqladı

Siyasət
02 mart 2026 161 baxış
Ərəb dövlətləri əməliyyatlara qatılarsa, Yaxın Şərq böyük müharibəyə sürüklənəcək? - AKTUAL GÜNDƏM

Ərəb dövlətləri əməliyyatlara qatılarsa, Yaxın Şərq böyük müharibəyə sürüklənəcək? - AKTUAL GÜNDƏM

Siyasət
02 mart 2026 161 baxış
İranda bu qədər müqavimət gücü hardandır? | Çinin dəstəyindən danışa bilərik? - AKTUAL GÜNDƏM

İranda bu qədər müqavimət gücü hardandır? | Çinin dəstəyindən danışa bilərik? - AKTUAL GÜNDƏM

Siyasət
02 mart 2026 161 baxış
İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV

İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul etdi | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
02 mart 2026 161 baxış
Müxtəlif ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur | Astaradan bağlantı - Baku TV

Müxtəlif ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur | Astaradan bağlantı - Baku TV

Siyasət
02 mart 2026 161 baxış
İrandan çıxan qeyri-İran vətəndaşları nələr danışırlar? - Baku TV CANLI

İrandan çıxan qeyri-İran vətəndaşları nələr danışırlar? - Baku TV CANLI

Siyasət
02 mart 2026 161 baxış
İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış oldu - Baku TV

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış oldu - Baku TV

Siyasət
02 mart 2026 161 baxış
İrandan Azərbaycana təxliyə olunanlar baş verənləri danışdı | "Xüsusilə bu ərazini..." - Baku TV

İrandan Azərbaycana təxliyə olunanlar baş verənləri danışdı | "Xüsusilə bu ərazini..." - Baku TV

Siyasət
02 mart 2026 161 baxış
Tehranda hakimiyyət boşluğu dərinləşir və İran yeni mərhələyə keçir? - AKTUAL GÜNDƏM

Tehranda hakimiyyət boşluğu dərinləşir və İran yeni mərhələyə keçir? - AKTUAL GÜNDƏM

Siyasət
02 mart 2026 161 baxış
İranı necə bir gələcək gözləyir? | Xameneinin sələfi regionu hara yönəldəcək? - YENİ BİR SƏHƏR

İranı necə bir gələcək gözləyir? | Xameneinin sələfi regionu hara yönəldəcək? - YENİ BİR SƏHƏR

Siyasət
02 mart 2026 161 baxış
Seçilmişlər
icon