İlham Əliyev Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdən danışdı
Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.
Azərbaycan dövlətinin başçısı deyib:
“Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm.
Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.
#İlham Əliyev teqi istifadə olunub
- ABŞ, Ermənistan və Azərbaycanın Sülh Sammitinin ildönümü barədə bəyanatı "Haber Global"da - Baku TV
- Sülh Sammitinin ildönümü | Bölgəni hansı yeni mərhələ gözləyir? - Baku TV
- Azərbaycan və Litva arasında hansı məsələlər müzakirə edildi? - Baku TV
- Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV
- Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI
