Siyasət
Pleyeri seçin:

İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

04 iyun 2024

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edilib.

Dövlət başçısı 1996-cı il iyunun 4-də “Şahdəniz” yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanmasının böyük önəm daşıdığını deyib.

Alparslan Bayraktar qeyd edib ki, Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir. O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd edib. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxunub.

Alparslan Bayraktar Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olduğunu deyərək, Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində də uğurlar qazandığını qeyd edib, ölkələrimizin bu istiqamətdə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Azərbaycan və Somali XİN rəhbərlərinin birgə mətbuat konfransı

Azərbaycan və Somali XİN rəhbərlərinin birgə mətbuat konfransı

Siyasət
26 iyul 2024
Azərbaycan bunu edən ilk ölkələrdən biridir | Çinlə əlaqələrin mahiyyəti

Azərbaycan bunu edən ilk ölkələrdən biridir | Çinlə əlaqələrin mahiyyəti

Siyasət
26 iyul 2024
İsrailin şərtləri | İrəvanla Tehran saziş imzaladı? | Netanyahunun qalmaqallı çıxışı - SALAM BAKU

İsrailin şərtləri | İrəvanla Tehran saziş imzaladı? | Netanyahunun qalmaqallı çıxışı - SALAM BAKU

Siyasət
26 iyul 2024
İlham Əliyev Britaniyanın Baş nazirinə məktub ünvanladı

İlham Əliyev Britaniyanın Baş nazirinə məktub ünvanladı

Siyasət
26 iyul 2024
İran Ermənistanla silah müqaviləsi imzalayıb? | Medianı bir-birinə qatan xəbər

İran Ermənistanla silah müqaviləsi imzalayıb? | Medianı bir-birinə qatan xəbər

Siyasət
26 iyul 2024
Ermənistan XİN-dən sülhlə bağlı mühüm açıqlama | Ən qısa zamanda...

Ermənistan XİN-dən sülhlə bağlı mühüm açıqlama | Ən qısa zamanda...

Siyasət
26 iyul 2024
Dünyanın supergücü ilə Azərbaycanı nə bağlayır? | BAKU ANALİTİK

Dünyanın supergücü ilə Azərbaycanı nə bağlayır? | BAKU ANALİTİK

Siyasət
25 iyul 2024
İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir

İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir

Siyasət
25 iyul 2024
Ermənistan ya qəbiristanlıq olacaq, ya da heç… | Petrosyandan qalmaqallı sözlər

Ermənistan ya qəbiristanlıq olacaq, ya da heç… | Petrosyandan qalmaqallı sözlər

Siyasət
25 iyul 2024
Ermənistan vilayətə çevrilə bilər? - Poqosyandan gözlənilməz açıqlama

Ermənistan vilayətə çevrilə bilər? - Poqosyandan gözlənilməz açıqlama

Siyasət
25 iyul 2024
Seçilmişlər
icon