Siyasət
Pleyeri seçin:

İlham Əliyev və Sadır Japarovun Füzuliyə səfərindən görüntülər

25 aprel 2024

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qırğızıstan Prezidenti Sadır Japarova işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verib.

Qeyd edilib ki, inşa olunacaq Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonda dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq.

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon