Pleyeri seçin:
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində regional idman infrastrukturunun inkişafının növbəti sübutu olan Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. 2024-cü ildə tikintisinə başlanan və 5,8 hektar ərazini əhatə edən bu müasir kompleks regionda gənclərin idmana cəlb edilməsi üçün geniş imkanlar yaradır. Kompleksdə 1100 tamaşaçı tutumlu universal zal, eləcə də güləş, cüdo, boks, gimnastika, taekvondo və digər idman növləri üçün xüsusi zallar, hovuz və 42 yerlik mehmanxana mövcuddur. Kompleksin əhəmiyyəti ondan ibarətdir ki, o, yaxın zamanlarda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları çərçivəsində boks yarışlarına ev sahibliyi edəcək.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Beynəlxalq hava limanlarında viza veriləcək | Dövlət başçısının sərəncamının detalları - ANA XƏBƏR
- Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? - Baku TV
- Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən görüntülər - Baku TV
- İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV
