İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Kompleksin tikintisinə 2024-cü ildə başlanılıb və 5,8 hektar ərazini əhatə edir. Açılışda Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına yaradılan şərait barədə ətraflı məlumat verib. Kompleksdə universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu və 1100 tamaşaçı yerlik stadion yaradılıb. Qeyd olunub ki, Azərbaycanın ev sahibliyi edəcəyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks yarışları məhz bu kompleksdə təşkil olunacaq. Kompleks Bakı ilə yanaşı, regionlarda müasir idman infrastrukturunun yaradılmasına dəstək olaraq Azərbaycanın dünya idman ölkəsi kimi mövqeyini gücləndirəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Beynəlxalq hava limanlarında viza veriləcək | Dövlət başçısının sərəncamının detalları - ANA XƏBƏR
- Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? - Baku TV
- Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən görüntülər - Baku TV
- İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Buxarada maraqlı mərasimlə qarşılandı - Baku TV
