Siyasət
Pleyeri seçin:

İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu

31 oktyabr 2024

Prezident İlham Əliyev Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

Dövlət başçısına burada Çin istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırda avtobus parkı 160 avtobusdan ibarətdir. Dövlət başçısının diqqətinə çatdırılıb ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir.

Eyni zamanda qeyd olunub ki, elektrik mühərrikli “LEVC TX5” markalı plug-in hibrid taksilər İngiltərə növü olub, Çin istehsalıdır. Avtobus parkında həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət və texniki sahələr fəaliyyət göstərəcək.

Marşrutların Monitorinq Mərkəzi isə avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda karbon emissiyasının azaldılması qlobal hədəfə çevrilib. Azərbaycan da bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirib. Yaşıl texnologiyalardan istifadə bu istiqamətdə atılan addımlardandır. “Eko bus” layihəsi isə yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədi daşıyır.

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Aİ “müşahidəçi”lərinin sərhəddəki fəaliyyəti ifşa edildi | Anbaan görüntülər yayıldı

Siyasət
22 noyabr 2024
Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Almaniya XİN başçısı COP29-da emissiyaların azaldılmasının önəmini vurğuladı

Siyasət
22 noyabr 2024
İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

İlham Əliyev ədliyyə naziri Fərid Əhmədovla bağlı sərəncam imzaladı

Siyasət
22 noyabr 2024
COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

COP29 sədrliyindən vacib bəyanat | Əsas hədəflə bağlı hansı irəliləyişlər var?

Siyasət
22 noyabr 2024
Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon