İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına cavab - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində ermənistanlı gənc lider Stepan Safaryan Prezident İlham Əliyevə sual ünvanlayıb.
O, Ermənistanın "Sülh kəsişməsi" layihəsinin əhəmiyyətindən və Konstitusiya məsələsindən danışıb.
S.Safaryanın Ermənistan Konstitusiyasındakı ərazi iddialarına bəraət qazandırmaq cəhdi ilə bağlı sualına Prezident İlham Əliyev belə cavab verib:
"Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi sizin Konstitusiyanızın bir hissəsidir və bəli, Konstitusiyanın preambula hissəsindədir. Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir. Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var.
"Sülh yolu kəsişməsi"nə gəlincə, bilirsiniz, Prezident Donald Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Co Bayden qayıdanda sizin "Sülh yolu kəsişməsi" layihəsini yenidən başladar".
#İlham Əliyev teqi istifadə olunub
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV
