Pleyeri seçin:

İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar

20 avqust 2025 576 baxış

Avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda aparılan tikinti işləri ilə tanış olublar.

Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

1959-1963-cü illərdə inşa olunmuş və 1964-cü ildə istismara verilmiş stadion son illər texniki baxımdan yararsız vəziyyətə düşmüşdü.

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, stadionun yenidən qurulması üçün ilkin olaraq Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb. 2024-cü ilin aprelində stadionun təməli qoyulub.

Yeni stadion UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun olaraq inşa edilir və 15 343 tamaşaçı tutumuna malik olacaq. Stadion ərazisi 12 hektardan çoxdur. Ərazidə köməkçi məşq meydançaları, futbol akademiyası, fiziki imkanları məhdud şəxslər üçün zonalar, VIP və media bölmələri, soyunma, tibb və texniki otaqlar, bilet satışı, ictimai iaşə obyektləri, avtodayanacaq və nəzarət məntəqələri yaradılır.

Tikinti işləri sentyabrda keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinə hazırlıq çərçivəsində sürətləndirilib. 

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 576 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 576 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 576 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 576 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 576 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 576 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 576 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 576 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 576 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 576 baxış
Seçilmişlər
icon