İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini dərin hörmətlə anıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Dövlət başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə ehtiramlarını ifadə edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
#Heydər Əliyev teqi istifadə olunub
- Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - Baku TV
- "Bu, Azərbaycan xalqına hörmətsizlikdir" | Zaxarovanın açıqlamasına XİN-dən reaksiya - Baku TV
- Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ziyarət edildi
- Prezident və xanımı Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi
- Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib - Baku TV
