Siyasət
Pleyeri seçin:
İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir
İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məlumata görə, SEPAH-ın “Telegram” kanalı Araz çayı üzərində kəşfiyyat uçuşu həyata keçirən İran helikopterinin apardığı çəkilişin görüntülərini paylaşıb.
Paylaşılan videoda İran ərazisindən sərhədə doğru hərbi texnikanın daşındığı əks olunub.
Görüntüləri İranın Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlunun yayımladığı bildirilib. Yunis Şadlu həmçinin bu paylaşımına verdiyi şərhdə İranın sərhəd ölkələrinə bununla açıq şəkildə xəbərdarlıq etdiyini deyib.
Kopyalandı
Seçilmişlər