İrandakı səfirliyimizə hücumda həlak olan mühafizəçi Orxanın atası danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Bu barədə məlumatı İranın məhkəmə sisteminin sözçüsü Əsgər Cahangir açıqlayıb.
O bildirib ki, cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
Məhkəmənin bu qərarına səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərovun münasibəti isə belə olub:
“Təqribən bir il yarım əvvəl İran İslam Respublikasının Baş Prokurorluğunun müavini Azərbaycana gəlmişdi. O vaxt İran adından bizə başsağlığı verdilər, istintaqın gedişi ilə tanış etdilər. Orada Baş Prokurorluğun müavini bildirdi ki, İslam qanununa əsasən, valideynlər ölüm hökmü və ya kompensasiya tələb edə bilərlər. Biz birmənalı şəkildə edam cəzası tələb etdik”.
#İran teqi istifadə olunub
- Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
