Pleyeri seçin:

İrandan Ermənistana tarixi təklif | Cənubi Qafqazı böyük təhlükə gözləyir?

14 yanvar 2025 362 baxış

“İran nümayəndəsi Paşinyana Cənubi Qafqazda şahmat oyununun qaydalarını izah edib”.

Bu sözləri rusiyalı politoloq Stanislav Tarasov İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın İrəvana səfərini şərh edərkən bildirib.

O qeyd edib ki, Yaxın Şərqdəki böyük böhranın sunami dalğaları Cənubi Qafqaza çatır: “İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakı və İrəvana səfər edib. O, Azərbaycan və Ermənistanın ali rəhbərliyi ilə danışıqlar aparıb. Səfər Yaxın Şərqdə və xüsusən də Suriyada baş verən “zorakı hadisələr”lə birbaşa bağlı olub”.

Ermənipərəst politoloqun fikrincə, İran Ermənistanın Mehri bölgəsinin Azərbaycan tərəfindən tutula biləcəyindən şübhələnir.

Tarasovun sözlərinə görə, Tehranın Bakıya çəkindirici təsir göstərmək imkanları daha böyükdür, yalnız ona görə ki Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub qlobal geoiqtisadi layihəsinin iştirakçısıdır və Qafqazda geosiyasi sabitlikdə maraqlıdır:

“Bundan başqa, Bakı regional məsələlərin region dövlətləri tərəfindən həllinin tərəfdarıdır və mübahisəli məsələlərin həlli üçün 3+3 formatını dəstəkləyir. Burada Tehranın maraqları Bakı üst-üstə düşür.

Ermənistan isə başqa məsələdir. “Caliber.az”ın məlumatına görə, Əhmədian İrəvana səfəri zamanı Ermənistana AB-nin müşahidə missiyasından imtina etməyi təklif edib. Bunun qarşılığında isə İrəvana İran qoşunlarının Ermənistan ərazisinə gətirilməsini də əhatə edən hərbi müqavilə imzalamağı təklif edib. Tehranın fikrincə, bu, “xarici hərbi qüvvələrin Ermənistanda olması hesab edilməyəcək və yalnız vəziyyəti sabitləşdirəcək”.

Beləliklə, Ermənistan özünü hazır həll variantları olan iki geosiyasi mərkəz arasında tapıb və çətin addımlar atmalı olacaq”.

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Siyasət
14 aprel 2026 362 baxış
ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

Siyasət
14 aprel 2026 362 baxış
Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Siyasət
14 aprel 2026 362 baxış
İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət
14 aprel 2026 362 baxış
Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
14 aprel 2026 362 baxış
Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV

Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV

Siyasət
14 aprel 2026 362 baxış
Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Siyasət
14 aprel 2026 362 baxış
İlham Əliyev Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib - Baku TV

İlham Əliyev Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib - Baku TV

Siyasət
14 aprel 2026 362 baxış
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV

Siyasət
14 aprel 2026 362 baxış
Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirləri Prezidentin qəbulunda

Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirləri Prezidentin qəbulunda

Siyasət
14 aprel 2026 362 baxış
Seçilmişlər
icon