Siyasət
Pleyeri seçin:
İrandan Zəngəzur dəhlizinə etiraz: regionda vəziyyət gərginləşir?
“İran Zəngəzur dəhlizinə qarşıdır”.
İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş İrəvanda jurnalistlərlə söhbətində bu sözləri dilə gətirib.
“Azərbaycan rəsmiləri ilə görüşlərdə biz dəfələrlə Zəngəzur dəhlizi ilə razılaşmadığımızı və bunun əleyhinə olduğumuzu bildirmişik. Bizim siyasətimiz Qafqazda sülhə əsaslanır. İnanırıq ki, region ölkələri özləri üçün ən yaxşı qərarları verə biləcəklər.
İran həmişə Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək. Ermənistan İran üçün çox vacibdir. O, Şimal-Cənub dəhlizində əsas rol oynaya bilər”, – nazir əlavə edib.
Kopyalandı
Seçilmişlər