Pleyeri seçin:

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

25 yanvar 2025 343 baxış

İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə XİN-dən məlumat verilib.

Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.

Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.

Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam cümə Seyid Həsən Amelinin üzr istəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvin imam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.

İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.

Prezident Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - Baku TV

Prezident Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - Baku TV

Siyasət
13 avqust 2026 343 baxış
Ciddi xəbərdarlıq: Bakıdakı sovet binalarının ömrü bitir? - AKTUAL GÜNDƏM

Ciddi xəbərdarlıq: Bakıdakı sovet binalarının ömrü bitir? - AKTUAL GÜNDƏM

Siyasət
13 avqust 2026 343 baxış
Prezident İlham Əliyev mühüm sərəncamlar imzaladı - ANA XƏBƏR

Prezident İlham Əliyev mühüm sərəncamlar imzaladı - ANA XƏBƏR

Siyasət
12 avqust 2026 343 baxış
Naxçıvandakı yaşayış kompleksində sakinlər üçün necə şərait yaradılacaq? - Baku TV

Naxçıvandakı yaşayış kompleksində sakinlər üçün necə şərait yaradılacaq? - Baku TV

Siyasət
12 avqust 2026 343 baxış
Naxçıvanda tikilən yeni mehmanxana kompleksi ilə bağlı detallar açıqlandı - Baku TV

Naxçıvanda tikilən yeni mehmanxana kompleksi ilə bağlı detallar açıqlandı - Baku TV

Siyasət
12 avqust 2026 343 baxış
"Günəş elektrik enerjisinin istehsalı ən azı..." | Prezident mühüm layihələrdən danışdı - Baku TV

"Günəş elektrik enerjisinin istehsalı ən azı..." | Prezident mühüm layihələrdən danışdı - Baku TV

Siyasət
12 avqust 2026 343 baxış
Enerji ixracatçısına çevrilən Naxçıvan | Yeni generasiya gücləri imkanları artıracaq - Baku TV

Enerji ixracatçısına çevrilən Naxçıvan | Yeni generasiya gücləri imkanları artıracaq - Baku TV

Siyasət
12 avqust 2026 343 baxış
"Bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu" | Prezident - Baku TV

"Bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu" | Prezident - Baku TV

Siyasət
12 avqust 2026 343 baxış
Prezident: "Elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı pozulmasın" - Baku TV

Prezident: "Elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı pozulmasın" - Baku TV

Siyasət
12 avqust 2026 343 baxış
"Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb - Baku TV

"Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb - Baku TV

Siyasət
12 avqust 2026 343 baxış
Seçilmişlər
icon