İrəvan Azərbaycan və Türkiyə ilə sərhəd məsələlərində irəliləyiş gözləyir - Baku TV
“2026-cı ildə “Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki mərhələsinin həyata keçirilməsinə başlanacaq və bu, Ermənistan üçün böyük bir fürsətdir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsindəki çıxışı zamanı səsləndirib.
“Biz 2026-cı ildə TRIPP-in praktik mərhələsinə daxil oluruq, lakin biz bu fürsətdən bütün gömrük məntəqələrimizdə tamamilə yeni texniki və məzmun təchizat səviyyəsinə çatmaq üçün istifadə edirik. Bu bizim üçün bir çağırış olsa da, digər tərəfdən, çox böyük bir imkandır. Çünki bu gün biz 8 avqust tarixli sazişlər sayəsində bütün müasir texnologiyalara çıxışa malikik və bu texnologiyalar işimizi daha keyfiyyətli yerinə yetirməyə kömək edəcək”, – deyə Paşinyan əlavə edib.
Onun sözlərinə görə, İrəvan təkcə Ermənistan-Azərbaycan sərhədi deyil, həm də Ermənistan-Türkiyə sərhədi ilə bağlı məsələlərdə irəliləyiş gözləyir.
#Ermənistan teqi istifadə olunub
- Xarici media Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən yazdı | BİZDƏN NƏ DANIŞIRLAR?
- Simonyanı niyə parlamentin sədri vəzifəsindən uzaqlaşdırmağa çalışırlar?
- Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir - Baku TV CANLI
- Rusiya Zəngəzur dəhlizini dayandırmaq üçün hansı rıçaqlara malikdir? - AKTUAL GÜNDƏM
- 2026-cı ildə "12 günlük müharibə" olacaq? - 1 savaş, 2 qalib: Dünyanı nə gözləyir? - YEKUNLAŞDIRAQ
