Siyasət
Pleyeri seçin:
İrəvan Moskvaya nota verib?
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinin binasında olub və bir saata yaxın danışıqlar aparıb.
Erməni mediasının məlumatına görə, xəbəri ölkənin XİN təsdiqləyib. Lakin səfirin Nazirliyə çağırılmasının səbəbi açıqlanmayıb.
Qeyri-rəsmi məlumata görə, Rusiya səfirinin Ermənistan XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır. Rusiyalı diplomata nota verildiyi iddia edilir.
Ermənistan XİN-in nümayəndəsi səfirlə görüş barədə daha sonra məlumat yayacağını vəd edib.
Kopyalandı
Seçilmişlər