Pleyeri seçin:

İrəvan Qərblə bağlı bunu başa düşdü ki... | Xaçaturyandan sensasiyalı açıqlama

17 mart 2025 202 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın danışıqları vasitəçilərlə davam etdirmək cəhdlərinə imkan verməyəcək.

Bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib.

“Azərbaycan üçün sülh sazişinin imzalanmasının ilkin şərti Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir və bunun ardınca hərbi cinayətkarların təhvil verilməsi tələbi qoyulacaq. Ardınca 350 minə yaxın azərbaycanlının Ermənistan ərazisində məskunlaşması baş verəcək”, − deputat bildirib.

A.Xaçaturyan Ermənistan-Azərbaycan sazişi üzrə danışıqların başa çatmasından dərhal sonra N.Paşinyanın Rusiya, İran və Fransa prezidentlərinə zəng etməsi barədə suala belə cavab verib:

“Düşünürəm ki, N.Paşinyan indi Qərbin tamamilə fərqli prioritetlərə sahib olduğunu anlayır. Məsələn, Co Bayden administrasiyasının son günlərində Ararat Mirzoyan və Entoni Blinken bir sənəd imzalamışdı, amma ötən həftə Moskvaya səfər edən ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Bakıya getdi, amma İrəvana gəlmədi.

Başqa sözlə, İrəvan anlayır ki, Qərbin indi bir az fərqli prioritetləri var, Avropanın özü ABŞ-nin elan etdiyi yeni siyasət fonunda təhlükəsizlik məsələlərini həll etməyə çalışır, Rusiya ilə ABŞ arasında yaxınlaşma gedir. Ermənistan nə qədər A.Mirzoyanın dediklərini təkrarlayaraq özünü yırtmağa çalışsa da, Qərbin prioritetləri dəyişib”.

A.Xaçaturyanın fikrincə, Ermənistan yenidən Azərbaycanla danışıqlar üçün vasitəçi tapmağa çalışır:

“Amma İ.Əliyev qadağa qoyub vasitəçilərə imkan verməyəcək”.

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Ermənistan qəzetində Sarkisyanla bağlı şok iddialar

Siyasət
22 dekabr 2025 202 baxış
Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Siyasət
22 dekabr 2025 202 baxış
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam

Siyasət
22 dekabr 2025 202 baxış
Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Avropa İttifaqından sərt qərar | Rusiya üzərində təzyiq davam edir - Baku TV CANLI

Siyasət
22 dekabr 2025 202 baxış
İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

İlham Əliyev MDB liderlərinin görüşündə niyə iştirak etməyəcək? - Baku TV

Siyasət
22 dekabr 2025 202 baxış
Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI

Siyasət
22 dekabr 2025 202 baxış
“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

“Bu, miqyasına görə ən böyüyüdür” | Amnistiya aktının icrasına başlanıldı - Baku TV

Siyasət
22 dekabr 2025 202 baxış
Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Avropa İttifaqının ikili standartları Cənubi Qafqazda sülhü necə pozur? - AKTUAL GÜNDƏM

Siyasət
22 dekabr 2025 202 baxış
Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Amnistiya aktının icrasına başlanılır | TRIPP xəttinin iqtisadi əhəmiyyəti - YENİ BİR SƏHƏR

Siyasət
22 dekabr 2025 202 baxış
Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Ermənistanın Baş naziri yük tranzitinin bərpasına görə Azərbaycana təşəkkür edib - Baku TV

Siyasət
22 dekabr 2025 202 baxış
Seçilmişlər
icon