Kərim Vəliyevin Türkiyə nümayəndə heyəti ilə görüşündə nələr müzakirə olundu?
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, Baş Qərargah rəisi Azərbaycan və Türkiyə arasında mövcud uğurlu hərbi əməkdaşlığın hər iki ölkənin ordu quruculuğuna verdiyi töhfələrdən danışıb və daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
General-leytenant Tuncay Altuğ isə Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu göstərən birgə təlimlərin əhəmiyyətinə diqqət çəkib.
Sonra qardaş ölkənin nümayəndə heyəti müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi istiqamətində görülən işlərin müsbət nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
