Siyasət
Pleyeri seçin:

Kollektiv Qərb Ermənistan üzərindən Qafqaza yerləşir - Qarabağ Xronikası 123-cü buraxılış

10 noyabr 2023

Baku TV-nin “Qarabağ xronikası” verilişinin 123-cü buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Fransa-Ermənistan əməkdaşlığının qaranlıq tərəflərindən bəhs edib.

O qeyd edib ki, İrəvana hərbi-texniki avadanlıq “Thales, “Safran”, MBDA şirkətləri tərəfindən tədarük ediləcək: “Məlumata əsasən, “Thales” şirkəti Ermənistana hava hücumundan müdafiə komplekslərinə aid 3 ədəd “Grand Master” radarlarını çatdıracaq.

“Safran” şirkəti Ermənistan Ordusunu sayı bəlli olmayan və ya məxfi saxlanılan gecəgörmə eynəkləri ilə təmin edəcək. Təbii ki, bu say 5-10 ədəd eynəklə məhdudlaşmayacaq. Bizim ehtimallara görə, bu say yüzlərlə ölçülə bilər”.

Həmçinin bildirilib ki, MBDA İrəvana “Mistral” tipli hava hücumundan müdafiə komplekslərini çatdıracaq.

F.İsazadə əlavə edib ki, “Mistral” kompleksləri helikopter, avtomobil texnikası və gəmilərə quraşdırılır:

“Havada və yerdə olan hədəflərə qarşı tətbiq edilir. Əminliklə deyə bilərik ki, GM-200 istisna olmaqla Ermənistana tədarük ediləcək silahlanma heç də müdafiə xarakteri daşımır”.

“Bu sadalananlar aylardır ehtimal etdiyimiz kollektiv Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda yerləşmə tezisinin utopik bir fantaziya olmadığını ortaya qoyur. Görünən odur ki, bu yerləşmə prosesinin icrası ya rəsmi Parisə həvalə olunub və ya Fransa bu prosesdə koordinator qismində çıxış edir”, – o vurğulayıb.

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Paşinyandan sərhəd paylaşımı | Armavir vilayətinə səfərinin məqsədi

Siyasət
26 iyul 2024
Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Paşinyan dəvəti qəbul edib Azərbaycana gələrsə… | Ekspertlərdən mühüm açıqlama

Siyasət
26 iyul 2024
Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Hərb, yoxsa sülh: Qərb regiona necə təsir edir? | Qarabağ Xronikası 144-cü buraxılış

Siyasət
26 iyul 2024
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”

Siyasət
26 iyul 2024
Erməni ekspertdən qalmaqallı açıqlama |  Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Erməni ekspertdən qalmaqallı açıqlama | Paşinyan COP29-da iştirakdan imtina edərsə…

Siyasət
26 iyul 2024
Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...

Siyasət
26 iyul 2024
Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Azərbaycan Somaliyə dəstək verməyə hazırdır | Tələbələrlə bağlı açıqlama

Siyasət
26 iyul 2024
ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

ABŞ Ermənistanı sülhə buna görə tələsdirir | Qabrielyandan açıqlama

Siyasət
26 iyul 2024
Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Ceyhun Bayramov Somali XİN rəhbəri ilə hansı məsələləri müzakirə etdi?

Siyasət
26 iyul 2024
Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Ceyhun Bayramovdan Ermənistanla danışıqlar barədə vacib açıqlama

Siyasət
26 iyul 2024
Seçilmişlər
icon