Siyasət
Pleyeri seçin:

Mehriban Əliyeva Litva Milli Kitabxanası ilə tanış olub

22 may 2023

Mayın 22-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Litvanın birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar.

Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi mədəniyyət müəssisəsidir.

Sonradan adı bir neçə dəfə dəyişdirilən və 1963-cü ildə paytaxt Vilnüsə köçürülən kitabxana 1988-ci ildən Martyunas Mazvyudasın adını daşıyır. 1989-cu ildə ona Milli Kitabxana statusu verilib.

Bu həmçinin Baltikyanı ölkələrdə inşa olunan ilk kitabxana binasıdır. Qeyd olunub ki, ixtisaslaşdırılmış yeddi oxu zalının, həmçinin üç tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi kitabxanada milli arxiv sənədləri, nadir kitablar və əlyazmalar, musiqi və vizual incəsənət kolleksiyaları və sair, həmçinin şəxsi kolleksiyalar mövcuddur. Kitabxana müxtəlif milli və beynəlxalq kitabxana müəssisələri və təşkilatları ilə əməkdaşlıq edir.

Sonra xatirə şəkli çəkdirilib. Daha sonra kitabxana tərəfindən göstərilən xidmətlər, həyata keçirilən layihələr və bu mədəniyyət müəssisəsinin xarici əlaqələri barədə videoçarx nümayiş olunub. Sonda birinci xanım Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilib.

Azərbaycanın külək və günəş enerjisi ehtiyatları nə qədərdir?

Azərbaycanın külək və günəş enerjisi ehtiyatları nə qədərdir?

Siyasət
26 aprel 2024
Ceyhun Bayramov Mirzoyanla görüşəcək | Ermənistan XİN-dən detallar

Ceyhun Bayramov Mirzoyanla görüşəcək | Ermənistan XİN-dən detallar

Siyasət
26 aprel 2024
Kəndlərin qaytarılmasından sonra İrəvanda həbslər başladı

Kəndlərin qaytarılmasından sonra İrəvanda həbslər başladı

Siyasət
26 aprel 2024
Türkiyə və Rusiyanın Ağdamda birgə fəaliyyəti başa çatdı

Türkiyə və Rusiyanın Ağdamda birgə fəaliyyəti başa çatdı

Siyasət
26 aprel 2024
İlham Əliyevin Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı

İlham Əliyevin Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxışı

Siyasət
26 aprel 2024
Ağdamda təntənəli mərasim | Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı

Ağdamda təntənəli mərasim | Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı

Siyasət
26 aprel 2024
Azərbaycan Ermənistanla bağlı bunu təsdiqlədi | Simonyandan açıqlama

Azərbaycan Ermənistanla bağlı bunu təsdiqlədi | Simonyandan açıqlama

Siyasət
26 aprel 2024
Prezident Almaniyada | Zaxarova sərhədlərimizdən danışdı | Bakıdan 3 ölkəyə xəbərdarlıq

Prezident Almaniyada | Zaxarova sərhədlərimizdən danışdı | Bakıdan 3 ölkəyə xəbərdarlıq

Siyasət
26 aprel 2024
Vardanyanın insanlıq əleyhinə cinayətləri

Vardanyanın insanlıq əleyhinə cinayətləri

Siyasət
26 aprel 2024
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərdədir

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərdədir

Siyasət
26 aprel 2024
Seçilmişlər
icon