Mehriban Əliyeva Roma Papası XIV Leonu Azərbaycana səfərə dəvət etdi
“Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlər, ikitərəfli əlaqələr xeyli dərəcədə inkişaf edib”.
Bu fikri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşündə səsləndirib.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb. Birinci vitse-prezident bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini vurğulayıb.
Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda ikinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.
Roma Papası XIV Leo bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək Birinci vitse-prezidentə təşəkkürünü bildirib. O bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.
XIV Leo Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu söyləyib və ikinci Katolik Kilsənin tikintisinə ayrılan torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək Roma Papasını Azərbaycana səfərə dəvət edib.
#Mehriban Əliyeva teqi istifadə olunub
- Efiopiyanın Baş naziri və birinci xanımının şərəfinə rəsmi nahar verildi - Baku TV
- Mehriban Əliyeva və Leyla Əliyeva Efiopiyanın birinci xanımı ilə bir arada - Baku TV
- Prezident və birinci xanım Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini qarşıladılar - Baku TV
- Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı olub - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Xanabad kəndində olub - Baku TV
