Məşhur ukraynalı jurnalist ölkə başçımıza ünvanladığı sualdan danışdı
“Prezident İlham Əliyevin mənim sualıma verdiyi cavabdan çox razıyam. Cavab geniş və aydın oldu. Bilirəm ki, mənim sualım da, Prezidentin verdiyi cavab da Rusiyada müsbət qarşılanmadı. Amma reallıq budur”.
Bunu Baku TV-yə açıqlamasında ukraynalı jurnalist Dmitri Qordon deyib.
“Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayanda bilməli idi ki, sonra nə olacaq. Əlbəttə, onlar Kiyevi 3 günə tutmaq istəyirdilər. Amma Ukraynanın heç vaxt olmadığı kimi birləşməsinə nail oldular.
Onlar başa düşməlidirlər ki, postsovet ölkələri müstəqillik qazandıqdan sonra bir-birinin ardınca Moskvanın orbitindən çıxır. Belə də olmalıdır. Keçmiş imperiyanın rejimi qorxunc və ədalətsiz idi.
Bu mənim Azərbaycana, Qarabağa ilk səfərimdir. Qarabağ Azərbaycandır. Bu, Ukrayna üçün də həmişə belə olub. Məni həm ölkəniz, həm də insanlarınız valeh edib. İnsanlar çox qonaqpərvərdirlər”, ‒ deyə o qeyd edib.
#Dmitri Qordon teqi istifadə olunub
- Məşhur ukraynalı jurnalistdən Rusiya-Ukrayna müharibəsi barədə qalmaqal
- “Azərbaycan bizə göstərdi ki...” | Ukrayna torpaqlarını necə geri ala bilər?
- Hər şey onun dediyi kimi olacaq | Ukraynalı jurnalist İlham Əliyevə təşəkkür etdi
- Tramp Ukraynanın dağılmağına razı olmayacaq... | Kasyanovdan sensasiyalı açıqlama
- NATO qoşunları hərəkətə keçir? - Ukraynalı ekspertdən sensasiyalı açıqlama
