Son dəqiqə: Paşinyan ərazi bötüvlüyümüzü rəsmən tanıdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib.
Tərəflər Ermənistanın və Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını vurğulayıblar.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa İttifaqının sammiti çərçivəsində beşli formatda görüş nəzərdə tutulurdu. Fransa rəsmilərinin ermənipərəst bəyanatları, ölkənin XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamaları fonunda Azərbaycan bu görüşdən imtina edib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
- İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI
- Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV
- Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV
