Narkomanlığa qarşı Dövlət Proqramı təsdiq edildi
Narkomaniyaya qarşı mübarizədə yeni strateji mərhələ! Baku TV-nin təqdim etdiyi "Siyasət" rubrikasında, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ətraflı təhlil olunur. Sənədə əsasən, növbəti beş il ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri gücləndiriləcək, rəqəmsal nəzarət sistemləri tətbiq ediləcək və narkoloji xidmətin maddi-texniki bazası müasirləşdiriləcək. Reportajda xüsusi vurğulanan məqamlardan biri də asılılıqdan əziyyət çəkən şəxslərin reabilitasiyası üçün yeni mərkəzlərin yaradılması və onların cəmiyyətə inteqrasiyasıdır. Gənclərin sağlam gələcəyi üçün dövlət tərəfindən atılan bu mühüm addımın təfərrüatları Baku TV-nin xüsusi süjetində.
#İlham Əliyev teqi istifadə olunub
- Tehranla Bakı arasında həmrəylik mesajları səsləndi - Baku TV CANLI
- İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV
- "Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI
- Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV
- Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV
