Naxçıvanda 2024-cü ildə böyük tikinti layihələrinin icrası nəzərdə tutulur
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb”.
Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərə müsahibəsində deyib.
“2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib. Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlanıb.
Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərində iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq”, – o qeyd edib.
#Fuad Nəcəfli teqi istifadə olunub
- Fuad Nəcəfli vəzifəsindən azad olunması ilə bağlı yayılan xəbərlərə reaksiya verdi
- İşlər bununla yekunlaşmır | Fuad Nəcəflidən Ordubad sakinlərinə şad xəbər
- Fuad Nəcəfli dövlət proqramındakı layihələrdən danışdı | 2025-ci ildən etibarən...
- Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun hissələrinə getdi
- Fuad Nəcəfli 2023-cü ili Naxçıvan üçün müsbət dəyərləndirib
