Nazir britaniyalı həmkarı ilə COP29-u müzakirə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Nüvə Enerjisi Sammitində iştirakı çərçivəsində Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyində nüvə enerjisi və alternativ enerji üzrə dövlət naziri Endryu Boui ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirlər və layihələr müzakirə olunub.
Söhbət zamanı Azərbaycanın günəş və külək enerjisi istehsalı üzrə geniş potensialından və hazırda icra olunan layihələrdən, Yaşıl Enerji Zonalarının yaradılması işlərindən bəhs olunub, BP şirkəti ilə birgə həyata keçirilən 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə işlər nəzərdən keçirilib.
Bundan başqa, nazir Ceyhun Bayramov ölkəmizin COP29-a sədrliyi üzrə planları və prioritetləri barədə qarşı tərəfə ətraflı məlumat təqdim edib. İqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə səylərin əhəmiyyəti qeyd olunub.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
