Siyasət
Pleyeri seçin:

Nazirlikdə yeni təyinat | Vəzifə verilən şəxslər kimdir?

29 aprel 2024

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Elmin Məmmədov 1987-ci ildə anadan olub. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb. O, 2011-2013-cü illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb, 2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri işləyib.

Digər müavin Şahin Babayev 1988-ci ildə anadan olub, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının üzvüdür. O, əmək fəaliyyətinə 2011-ci ildə “Sumqayıt Texnologiyalar Parkı” MMC-də başlayıb. 2012-ci ildən “Azərkosmos”da çalışıb, 2021-ci ilə qədər qurumun Maliyyə departamentinin rəhbəri vəzifəsində, bu təyinata qədər isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

Rəisinin düşdüyü qəzanın səbəbi | Netanyahu həbs ediləcək? | Ermənistanda toqquşma - SALAM BAKU

Rəisinin düşdüyü qəzanın səbəbi | Netanyahu həbs ediləcək? | Ermənistanda toqquşma - SALAM BAKU

Siyasət
21 may 2024
Biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik | Ərdoğan

Biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik | Ərdoğan

Siyasət
21 may 2024
Yüksək vəzifəli şəxslərin ölümündən sonra İranı xaos gözləyirmi? | BAKU ANALİTİK

Yüksək vəzifəli şəxslərin ölümündən sonra İranı xaos gözləyirmi? | BAKU ANALİTİK

Siyasət
20 may 2024
Azərbaycanla sərhəd kənddə toqquşma | Saxlanılanlar var

Azərbaycanla sərhəd kənddə toqquşma | Saxlanılanlar var

Siyasət
20 may 2024
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Siyasət
20 may 2024
Rusiya və Türkiyə gedir, Azərbaycan mövqelərini gücləndirir | QARABAĞ XRONİKASI 137-Cİ BURAXILIŞ

Rusiya və Türkiyə gedir, Azərbaycan mövqelərini gücləndirir | QARABAĞ XRONİKASI 137-Cİ BURAXILIŞ

Siyasət
20 may 2024
Ərdoğan və İlham Əliyev arasında telefon danışığı | Prezidentlər nələri müzakirə etdi?

Ərdoğan və İlham Əliyev arasında telefon danışığı | Prezidentlər nələri müzakirə etdi?

Siyasət
20 may 2024
“Çəmbərək rayonundan zorla köçürülən 20 min soydaşımızın siyahısı hazırlanıb”

“Çəmbərək rayonundan zorla köçürülən 20 min soydaşımızın siyahısı hazırlanıb”

Siyasət
20 may 2024
Cəbrayıl yenidən dirçəlir | Köç edəcək ailələrin sayı açıqlandı

Cəbrayıl yenidən dirçəlir | Köç edəcək ailələrin sayı açıqlandı

Siyasət
20 may 2024
Zəngilanda quruculuq işləri davam edir

Zəngilanda quruculuq işləri davam edir

Siyasət
20 may 2024
Seçilmişlər
icon