Siyasət
Pleyeri seçin:
Neçə nəfərin namizədliyi qeydə alındı? - Məzahir Pənahov hazırlıqlardan danışdı
“Bu ayın sonunda ATƏT-in uzunmüddətli müşahidəçiləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı Azərbaycana gələcək”.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1200-ə yaxın namizəd olmaq üçün müraciət edib: “Onların çoxu artıq təsdiq olunub, ümumilikdə 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.
MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib: “26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın səlahiyyətli nümayəndəsi qeydə alınıb”.
Kopyalandı
Seçilmişlər