Nevzorov rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulmasından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Deputat Kolya Valuyev üçün insan nitqi həmişə çətin bir şey olub. Danışmaq onun üçün elə zəhmətli bir işdir ki, Dumada hamı düşünür ki, Kolyanı danışdırmağa məcbur etmək qeyri-insani addımdır”.
Bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov Bakının Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyması qərarını şərh edərkən deyib.
“O, səsvermə düyməsini səbəbsizcə basa bilərdi və heç kim ondan artıq heç nə gözləmir, tələb etmirdi. Birdən-birə onun başına nə gəldiyi sirr olaraq qalır. Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub. Amma Duma boksçusu qəfil ağzını açıb və bütün kəlləsini hərəkət etdirərək nədənsə azərbaycanlıların üzərinə hücum edib. Uzun müddətdir ki, Duma terrariumundan kiməsə qadağa qoymağa can atan Bakı da fürsəti əldən vermədi və Valuyevi “non-qrata” elan etdi”, – o bildirib.
#Nikolay Valuyev teqi istifadə olunub
- Sabiq dünya çempionu nədə ittiham edilir?
- Düşünürəm ki, XİN yanlış qərarına... | Rusiyaya buraxılmayan Azər Badamov Baku TV-yə danışdı
- Rusiyadan sübutu olmayan iddialar | Səssiz qadağa, açıq mesaj
- Valuyevin Bakıya qarşı dediyi ifadələr aranı necə qarışdırdı?
- Azərbaycan əleyhinə çıxışlar rusiyalı deputata baha başa gəldi
