Onların vətəndaşları bizim universitetlərdə təqaüdlə təhsil alır | İlham Əliyev
“Azərbaycan kiçik ada dövlətlərinə sarsılmaz dəstəyini göstərir. Biz təbii fəlakətdən əziyyət çəkən bir sıra ölkələrə yardım göstərmişik”.
Bu fikirləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı səsləndirib.
Dövlət başçısı əlavə edib: “Biz həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada ölkəsinə yardım göstərib:
“Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir”.