Paris Moskvadan nəyin intiqamını almaq istəyirdi?
Bu gün terrorizm dünyanı ən çox narahat edən məsələlərdən biridir.
Xüsusilə də Rusiyada baş verən son terror hadisəsindən sonra dünyanın diqqəti yenidən bu məsələnin üzərinə cəmləşib.
Terror, sözsüz ki, bütün insanlığın faciəsidir. Ancaq bəzi ölkələr, xüsusilə də Fransa terrorizmi dəstəkləyən dövlət kimi dünya tarixində öz yerini tutub.
Elə rəsmi Moskva da son terrorla bağlı dolayısı ilə Fransanı ittiham edib. Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Crocus” terrorunda Fransanın əlinin olduğunu bildirib. Bu, kifayət qədər ciddi ittihamdır.
Bir məqamı da xatırladaq ki, Fransanın Ukraynaya göndərdiyi ilk hərbi birliklər Rusiya Ordusu tərəfindən məhv edilmişdi. Ola bilər ki, ruslara qarşı birbaşa hücuma cəhd etməyən Fransa qisasını bu yolla almaq istəyib.
Bir məsələ də var ki, Fransa tarixi bu kimi hadisələrlə zəngindir. Fransızların Afrikada həyata keçirdikləri terror siyasəti ötən əsrin ən dəhşətli faciələrindəndir.
Afrikadakı silahlı sui-qəsdlərin, demək olar ki, əksəriyyətinin arxasından məhz fransızlar çıxıb. Rəsmi Paris öz əməllərindən bu gün də əl çəkmir.
Fransanın tarixdə terrora ən çox məruz qoyduğu ölkələrin başında isə sözsüz ki, Türkiyə gəlir. PKK və ASALA kimi terror təşkilatlarına dəstək verilməsində, eləcə də Fransadakı erməni gənclərdən ibarət “Orli qrupu”nun yaradılmasında məqsəd də elə budur.
Fransa dövləti öz xislətini Azərbaycana qarşı da göstərib. 44 günlük Vətən müharibəsi zamanı erməni terrorunun ən böyük dəstəkçisi elə Fransa dövləti və mediası idi. Hadisələri təhrif edərək Ermənistanın xeyrinə saxta məlumatları dünyaya çatdıran Fransa mətbuatının 1-ci Qarabağ müharibəsində etdiyi də yaddaşlardan silinməyib.
Bir sözlə, bütün bu sadalanan faktları nəzərə alaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin səsləndirdiyi ittiham inandırıcı görünür.