Paşinyan Azərbaycan və Türkiyə münasibətlərindən danışdı | Yeni oyundur, yoxsa...?
“Avropa İttifaqına üzvlük prosesinə başlamaq təşəbbüsü vətəndaş cəmiyyətindən gəlib. Onlar bununla bağlı qanun layihəsini lazımi qurumlara təqdim etdilər və hökumətimiz də sənədi təsdiqlədi”.
Yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.
O, Azərbaycan və Türkiyə ilə münasibətlərə də toxunub:
“Əlbəttə, biz iqtisadi baxımdan Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Amma digər tərəfdən regionumuzun ölkələri ilə də səmərəli iqtisadi münasibətlərin qurulmasında maraqlıyıq.
Təəssüflər olsun ki, müstəqilliyimizin əvvəlindən bu günə qədər Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlı olaraq qalır. Bu da Ermənistan üçün iqtisadi təcrid vəziyyəti yaradan başlıca amillərdəndir. Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağı bacarmalıyıq. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət də bu məsələdə bizə dəstək verəcək”.
#Ermənistan teqi istifadə olunub
- “Qələbə qazandıq, indi sülhü qazanmaq zamanıdır: 2026 yekun sülh ili olacaqmı?” | GLOBAL PANORAMA
- Ermənistanda separatçılara qarşı təcili əməliyyat keçirildi - Baku TV CANLI
- Erməni Baş nazir bir saat Moskva səmasında niyə qaldı?
- Paşinyan bir saat havada qaldı | Moskva səmasında nə baş verdi? - Baku TV
- Ermənistanlı nazirdən sülh barədə açıqlama
