Pleyeri seçin:

Paşinyan Putin və Pezeşkiana zəng etdi | Telefon danışığının detalları

12 avqust 2025 200 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan söhbət zamanı avqustun 8-də Vaşinqtonda keçirilmiş danışıqların nəticələri barədə Putinə məlumat verib.

Bu çərçivədə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında sazişin paraflanması, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələləri, həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu layihəsi müzakirə olunub.

Paşinyan bunun təkcə Ermənistan və Azərbaycan üçün deyil, regiondakı bütün ölkələr üçün yeni imkanlar yaradacağını bildirib. Tərəflər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Nikol Paşinyan həmçinin İran Prezidenti Məsud Pezeşkianla da telefon danışığı aparıb. Bildirilir ki, onlar Vaşinqtonda Bakı ilə İrəvan arasında əldə edilmiş razılaşmaları müzakirə ediblər.

Paşinyan regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipi əsasında fəaliyyət göstərəcəyi barədə Pezeşkianı məlumatlandırıb. O həmçinin İran Prezidentinin İrəvana gözlənilən səfərinin əhəmiyyətini qeyd edib.

Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Siyasət
17 dekabr 2025 200 baxış
Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Siyasət
17 dekabr 2025 200 baxış
Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Siyasət
17 dekabr 2025 200 baxış
Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Siyasət
17 dekabr 2025 200 baxış
"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 200 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 200 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 200 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 200 baxış
Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Siyasət
16 dekabr 2025 200 baxış
Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Siyasət
16 dekabr 2025 200 baxış
Seçilmişlər
icon