Paşinyan və kilsə arasında böyüyən münaqişə | Ermənistanı inkişafdan saxlamaq istəyənlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəziləri düşünürlər ki, katolikos postuna mənim namizədim var. Təəssüf ki, belə bir namizədim yoxdur. Amma katolikos necə olmalıdır, bax bunu təsvir edə bilərəm. Din pərdəsi arxasında gizlənən ikiüzlü yox, Tanrıya inanan, İsa Məsihin davamçısı olan şəxs kilsəyə rəhbərlik edə bilər. Bizim də cinayətkarın yerinə tanrıdan qorxan katolikosumuz olacaq”.
Bu sözlər Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook” paylaşımında qeyd edilib.
Paşinyan bildirib ki, Apostol kilsəsinin saxtakarlardan təmizlənməsi prosesində Türkiyə və Azərbaycan izi axtaranlar var. Onlar belə böhtanlarla cəmiyyətin qarşısında özlərini sudan quru çıxartmağa çalışırlar. Bu metoddan istifadə edənlər müqəddəs saydığımız kilsədə aparılan islahatları dalana dirəmək niyyətindədir.
Ermənistanın Baş nazirinin fikrincə, II Qareginlə əlbir olanlar Ermənistanı inkişafdan saxlamaq istəyir.
Diqqətçəkən digər məqam Paşinyanın II Qareginə doğulanda verildiyi adla xitab etməsidir. Paşinyan II Qareginə Ktriç Nersisyan deməklə onu katolikos saymadığını bir daha nümayiş etdirib. Həm də Qareginin Apostol Kilsəsindən çıxmasını tələb edib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
