Pleyeri seçin:

Paşinyanın arzuları ürəyində qalır | Ermənistanın Münxen fiaskosu

21 fevral 2024 192 baxış

Ermənistanın Baş naziri Münxen Konfransından sonra erməni icmaların nümayəndələri ilə görüşdə səsləndirdiyi etirafla ölkəsinin bu vaxta qədərki siyasətini ifşa edib.

Daha dəqiq desək, o, beynəlxalq ictimaiyyətin 30 ildir Ermənistanı səhv istiqamətə yönəltdiyini açıqlayıb. Buna əsas kimi isə 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitində Ermənistanın Qarabağa muxtariyyət verilməsi ilə bağlı müraciətinə sammit sədrinin bunun ancaq Azərbaycanın tərkibində ola biləcəyinə dair cavabını göstərib.

Nikol Paşinyan həmin sammitdə yaşananları xatırladaraq erməni xalqının bu həqiqəti qəbul etməli olduğunu, əks təqdirdə vətənlərini itirə biləcəklərini deyib.

İstisna edilmir ki, erməni Baş nazirin bu etirafına Münxen Konfransının da böyük təsiri olub. N.Paşinyan Azərbaycanın beynəlxalq təzyiqlərlə üzləşəcəyinə ümid edirdi, amma gözlədiyi baş vermədi.

Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Münxen Təhlükəsizlik Konfransından sonra N.Paşinyan başda olmaqla bir çox erməni rəsmilərinin beynəlxalq ictimaiyyəti hədəf alan açıq və qeyri-adekvat bəyanatları özlüyündə bir neçə nüansın göstəricisidir:

“Birincisi, artıq ermənilər başa düşürlər ki, beynəlxalq ictimaiyyət cənab İlham Əliyevin dediyi kimi, konkret olaraq heç bir dövlət gəlib Ermənistanın yerinə döyüşmək niyyətində deyil. İkincisi, N.Paşinyanın qeyri-adekvat bəyanatlarının məhz Münxen Konfransından sonra səslənməsi onu göstərir ki, Azərbaycan Prezidenti xüsusən antiterror tədbirlərinin ardınca Azərbaycan əleyhinə formalaşan koalisiyanı darmadağın etməyi bacardı və yaratdığı yeni reallığı Münxen Konfransında bəyan və qəbul etdirə bildi”.

Münxen Təhlükəsizlik Konfransında Ermənistanın xarici siyasəti növbəti dəfə fiaskoya uğrayıb. Antiterror tədbirlərindən sonra Azərbaycana edilən beynəlxalq təzyiq bu konfransla sükuta qərq olub. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransını Azərbaycanın milli maraqları naminə uğurlu platformaya çevirməklə xarici siyasətimizdə yeni mərhələnin təməlini qoyub.

"1988-ci ildə əhali etiraz əlaməti olaraq Türkiyə sərhədinə toplaşdı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"1988-ci ildə əhali etiraz əlaməti olaraq Türkiyə sərhədinə toplaşdı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
13 fevral 2026 192 baxış
Prezident Münxendə Slovakiya Baş nazirinin müavini ilə nələri müzakirə etdi? - Baku TV

Prezident Münxendə Slovakiya Baş nazirinin müavini ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
13 fevral 2026 192 baxış
“Bakı və Ankara buna görə Paşinyanı dəstəkləyir” | Con Herbst 

“Bakı və Ankara buna görə Paşinyanı dəstəkləyir” | Con Herbst 

Siyasət
13 fevral 2026 192 baxış
İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşdü - Baku TV

İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşdü - Baku TV

Siyasət
13 fevral 2026 192 baxış
İlham Əliyevin Münxendə Neçirvan Bərzani ilə görüşündən görüntülər - Baku TV

İlham Əliyevin Münxendə Neçirvan Bərzani ilə görüşündən görüntülər - Baku TV

Siyasət
13 fevral 2026 192 baxış
İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb - Baku TV

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb - Baku TV

Siyasət
13 fevral 2026 192 baxış
Prezident Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya getdi

Prezident Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya getdi

Siyasət
13 fevral 2026 192 baxış
Prezident İlham Əliyev Almaniyaya səfərə getdi - Baku TV

Prezident İlham Əliyev Almaniyaya səfərə getdi - Baku TV

Siyasət
13 fevral 2026 192 baxış
Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilən görüşün detalları - Baku TV

Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilən görüşün detalları - Baku TV

Siyasət
13 fevral 2026 192 baxış
Ermənistanda mühüm toplantı | Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı detallar - Baku TV

Ermənistanda mühüm toplantı | Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı detallar - Baku TV

Siyasət
13 fevral 2026 192 baxış
Seçilmişlər
icon