Siyasət
Pleyeri seçin:

Paşinyanın yalan dolu ritorikasına cavab

30 mart 2023

“Ermənistan Baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırarkən deyib.

O bildirib ki, Baş nazirin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı müvəqqəti qərarını növbəti dəfə yanlış təfsir etməsi və Azərbaycanın guya Laçın yolunu bağladığı barədə səsləndirdiyi iddialar əsassızdır:

“Bununla yanaşı, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalındakı torpaq yollarından Ermənistanın qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, eləcə də Azərbaycan ərazilərinə silah-sursat daşınmasının qarşısını almaq məqsədilə ordumuz tərəfindən müvafiq nəzarət tədbirləri görülməsini Ermənistan Baş nazirinin işğal kimi qiymətləndirməsi qəbuledilməzdir. Eyni zamanda yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyin, əsas və yardımçı yolların, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi barədə məlumatların Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil”.

A.Hacızadə həmçinin əlavə edib ki, Ermənistan tərəfinin bu təhrikçi və təxribatçı bəyanatları bölgədə sülhün bərqərar olunması prosesini məqsədyönlü şəkildə pozmaq deməkdir və bu kimi addımların qarşısı qətiyyətlə alınmalıdır.

Paşinyandan 3 prinsip təklifi | Müharibəyə hazırlaşmırıq, amma...

Paşinyandan 3 prinsip təklifi | Müharibəyə hazırlaşmırıq, amma...

Siyasət
23 aprel 2024
Aİ-dən İrana növbəti sanksiya | Borrel xəbərdarlıq etdi

Aİ-dən İrana növbəti sanksiya | Borrel xəbərdarlıq etdi

Siyasət
23 aprel 2024
Delimitasiya üçün 3 variant | Erməni nəşri razılaşmadan yazdı

Delimitasiya üçün 3 variant | Erməni nəşri razılaşmadan yazdı

Siyasət
23 aprel 2024
Dilənçi ermənilərə pul verib ki... | Tavuşdakı aksiyanın gizlədilən məqamları

Dilənçi ermənilərə pul verib ki... | Tavuşdakı aksiyanın gizlədilən məqamları

Siyasət
23 aprel 2024
Prezidentin Putinlə görüşü | Paşinyandan Qarabağ açıqlaması | Rusiya və Azərbaycan üçün yeni mərhələ

Prezidentin Putinlə görüşü | Paşinyandan Qarabağ açıqlaması | Rusiya və Azərbaycan üçün yeni mərhələ

Siyasət
23 aprel 2024
Rusiya sülhməramlıları Ermənistanda qalacaq? - Qriqoryan açıqladı

Rusiya sülhməramlıları Ermənistanda qalacaq? - Qriqoryan açıqladı

Siyasət
23 aprel 2024
Biz birlikdə işləmək əzmindəyik | COP-29-un prezidenti

Biz birlikdə işləmək əzmindəyik | COP-29-un prezidenti

Siyasət
23 aprel 2024
Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan görmürəm | Nikol Paşinyan

Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan görmürəm | Nikol Paşinyan

Siyasət
23 aprel 2024
Rusiyalı politoloq Bakı-Moskva münasibətlərindən danışdı

Rusiyalı politoloq Bakı-Moskva münasibətlərindən danışdı

Siyasət
23 aprel 2024
Prezident Baykal-Amur Magistralının yubiley tədbirində çıxış etdi

Prezident Baykal-Amur Magistralının yubiley tədbirində çıxış etdi

Siyasət
23 aprel 2024
Seçilmişlər
icon