Pleyeri seçin:

Prezident Ağdamda açılışı olan obyektlərdə yaradılan şəraitlə tanış oldu

18 iyul 2025 722 baxış

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır.

Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib.

“Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

Banner
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 722 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev Ağdamda müəssisənin açılışında iştirak edib - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Prezident Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış oldu - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyuldu - Baku TV

Siyasət
07 noyabr 2026 722 baxış
Seçilmişlər
icon