Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda ölkəmizin Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sərəncamla Ülvi Baxşəliyev Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev həmçinin Hüseyn Nizami oğlu Nəcəfovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, eləcə də Qüdsi Dursun oğlu Osmanovun Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə də sərəncamlar imzalayıb.
İmzalanmış digər sərəncamla Qüdsi Osmanov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
