Siyasət
Pleyeri seçin:

Prezident Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

17 sentyabr 2024

Prezident İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu deyərək siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Səfir qeyd edib ki, Əlcəzair Prezidenti dövlət başçısı ilə dostluğunu yüksək qiymətləndirir.

2022-ci ildə Azərbaycan Prezidentinin Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən Zəkiyyə İğıl vurğulayıb ki, Abdelmacid Tebbun Əlcəzairdə keçirilən prezident seçkilərində qələbəsi ilə bağlı dövlət başçısının ona təbrik məktubuna görə minnətdarlığını ifadə edir və Azərbaycanla münasibətləri daha da möhkəmləndirmək əzmindədir.

Səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlədirilməsi istiqamətində səylərini əsirgəməcəyini deyib.

Dövlət başçısı Əlcəzairə səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında sıx əməkdaşlığı bir daha nümayiş etdirdiyini vurğulayıb.

İlham Əliyev Azərbaycan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edib və Azərbaycanın beynəlxalq təşkilatlarda daim səmərəlilik prinsipindən çıxış etdiyini deyib.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Əlcəzairin ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirib.

İlham Əliyev ölkələrin suverenliyi, ərazi bütövlüyü, çoxtərəflilik və neokolonializmlə mübarizə məsələlərinin vacibliyinə toxunub. Səfir Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev baş verən faciəyə görə Almaniya Prezidentinə başsağlığı məktubu ünvanladı

Siyasət
21 dekabr 2024
Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Sülhün şərtləri necə qoyulacaq? | Markedonov İlham Əliyevin müsahibəsini şərh etdi

Siyasət
21 dekabr 2024
Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Hakan Fidan Annalena Berbokla nələri müzakirə etdi?

Siyasət
21 dekabr 2024
İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Siyasət
21 dekabr 2024
Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Azərbaycan İslam dünyasının nəhəngləri arasında | Mühüm tarixi qərar

Siyasət
21 dekabr 2024
İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

İlham Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiana təşəkkür edib

Siyasət
21 dekabr 2024
İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

İlham Əliyev Azərbaycanın D-8-ə üzvlüyünü dəstəklədiyinə Ərdoğana təşəkkür etdi

Siyasət
20 dekabr 2024
Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Paşinyan iddialarından nə vaxt əl çəkəcək? | Sülh prosesində qəbuledilməz yanaşma

Siyasət
20 dekabr 2024
Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Fransa növbəti dəfə ermənilərə qucaq açdı | Maraqlı məqamlar üzə çıxdı

Siyasət
20 dekabr 2024
Seçilmişlər
icon