Prezident İlham Əliyev Cənubi Qafqazda ciddi dəyişikliklərin olacağını bildirdi
"Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik".
Bu fikirləri Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə mətbuata bəyanatında səsləndirib.
“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, – deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev bildirib ki, xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir.
"Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bundan sonra Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq", – deyə o əlavə edib.