Pleyeri seçin:
Prezident “Neuberger Berman”ın rəhbəri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində dünyanın aparıcı investisiya idarəetmə şirkətlərindən biri olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb. Baku TV-nin süjetində bildirilir ki, görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə şirkət arasında 2016-cı ildən bəri davam edən uğurlu tərəfdaşlıq yüksək qiymətləndirilib. Corc Volker regiondakı iqtisadi proseslərin şirkət üçün böyük əhəmiyyət kəsb etdiyini və yeni layihələr çərçivəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. Prezident İlham Əliyev isə Azərbaycanın beynəlxalq maliyyə institutları ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini qeyd edib.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Cıdır düzündə olublar - Baku TV
- İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular
