Prezident "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış etdi
Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.
Azərbaycanın dövlət başçısını Almaniyanın Federal Kansleri Olaf Şolts və xarici işlər naziri xanım Annalena Berbok qarşılayıblar. Sonra tədbir iştirakçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.
Aprelin 26-da Prezident İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. Daha sonra ölkələrin liderlərinin geniş tərkibdə görüşü baş tutub.
Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşü olub. Həmçinin Azərbaycanın dövlət başçısı Almaniya paytaxtında Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə görüşüb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi
- Prezidentdən Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət - Baku TV
- İlham Əliyevin Trampa məktubunda nələr qeyd olunub? - "Haber Global"dan süjet - Baku TV
- Tarixi Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür - Baku TV
- Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib - Baku TV
