Siyasət
Pleyeri seçin:
Prezident "BakuBus"la bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev “BakuBus” MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 30 mart 2021-ci il tarixli Sərəncamında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb. Sənədə əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.
Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Kopyalandı
Seçilmişlər