Pleyeri seçin:

Prezident Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

29 avqust 2026 391 baxış

Prezident İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Əlamətdar ildönümü – Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə sizi və sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Müstəqilliyini qazandıqdan ötən dövr ərzində qardaş Özbəkistan hərtərəfli və dinamik inkişaf yolu keçərək böyük uğurlara imza atmış, beynəlxalq aləmdə və regionda yüksək nüfuz və hörmət qazanmışdır.

Özbəkistanın qarşıya qoyduğu məqsəd və hədəflərə çatmasında, qazandığı bütün nailiyyətlərin təməlində sizin yorulmaz əməyiniz və qətiyyətlə apardığınız dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qardaş ölkə və müttəfiq olaraq Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edir, bundan qürur duyuruq. Hər dəfə bənzərsiz və qonaqpərvər ölkənizə səfər edərkən Özbəkistanın əldə etdiyi mühüm nailiyyətlərin əyani şəkildə şahidi oluram. Bu yaxınlarda qardaş ölkəyə həyata keçirdiyim dövlət səfərini və sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

Ortaq tarixi-mədəni tellər, sarsılmaz dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri bu gün özünün ən yüksək zirvəsində yer alıb. Özbəkistanla ikitərəfli əlaqələrimizin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi bizim üçün prioritet məsələlərdən biridir. Şadam ki, birgə səylərimiz nəticəsində dövlətlərarası əlaqələrimiz və müttəfiqliyimiz gündən-günə daha da möhkəmlənir, çoxşaxəli əməkdaşlığımız yeni praktiki məzmunla zənginləşir.

Əminəm ki, ən böyük sərvətimiz olan Azərbaycan-Özbəkistan birliyini qoruyub saxlamaq, hərtərəfli əməkdaşlığımızı inkişaf etdirmək, müttəfiqliyimizi daim gücləndirmək yolunda üzərimizə düşən şərəfli missiyanı bundan sonra da birgə səylərimizlə uğurla yerinə yetirməyə davam edəcəyik.

Hörmətli Şavkat Miromonoviç, bu tarixi gündə sizin və qardaş Özbəkistan xalqının sevincinə qoşulur, sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Özbəkistan Respublikasına daim rifah, firavanlıq və yüksəliş arzulayıram”.

Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 391 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 391 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 391 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 391 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 391 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 391 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 391 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 391 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 391 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 391 baxış
Seçilmişlər
icon