Prezident və birinci xanım Arif Babayevin vəfatı ilə bağlı başsağlığı verdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Nekroloqda qeyd olunur ki, Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr verib.
“O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti yaradıb, muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərib.
Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanıb. Arif Babayevin yüksək məharətlə ifa etdiyi muğamlar milli muğam sənətinin qızıl fonduna daxil edilib.
Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olub, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaradıb.
Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaq”, – deyə nekroloqda qeyd olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan–Vyetnam əlaqələrində hansı sahələr önə çıxır? - Baku TV
- İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
- Prezident İlham Əliyevi hava limanında Vyetnamın rəsmi şəxsləri yola salıblar - Baku TV
- Prezident İlham Əliyev Vyetnamın paytaxtı Hanoyda rəsmi mərasimlə qarşılanıb - Baku TV
- İki ölkə arasında tərəfdaşlığın yeni imkanları və perspektivləri - Baku TV
