Prezidentdən "Euronews"a müsahibə | Bir-birimizi günahlandırmağı dayandırmalıyıq
Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
Müxbirin “COP29-dan nə gözləyə bilərik?” sualının cavabında dövlət başçısı bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var.
“COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?” deyə müxbirin sualına cavabında dövlət başçısı bildirib ki, COP üçün yenilik olan bir təşəbbüs məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bu üç ölkə mexanizminin yaradılmasıdır:
“Məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”.