Siyasət
Pleyeri seçin:
Prezidentin seçkidən sonra ilk səfəri bu ölkəyə olacaq
Prezident İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ilk xarici səfəri məlum olub.
Bu barədə Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevə təbrik məktubunda bildirilib.
O.Şolts qeyd edib ki, İlham Əliyevlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyindən şad olacaq.
Münhen Təhlükəsizlik Konfransı 16-18 fevral tarixlərində keçiriləcək.
Beləliklə, Prezident İlham Əliyevin ilk səfəri Münhenə olacaq. Ancaq bu, hansısa ölkəyə edilən rəsmi səfər deyil, Təhlükəsizlik Konfransında iştirakdır.
Böyük ehtimalla Prezident İlham Əliyevin seçkidən sonra səfər edəcəyi ilk ölkə ənənəvi olaraq Türkiyə olacaq.
Kopyalandı
Seçilmişlər