Pleyeri seçin:

Prezidentlər telefonda nəyi müzakirə etdilər? - Baku TV

01 fevral 2026 473 baxış

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib.

Telefon danışığı əsnasında İran Prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlərin qrafikə uyğun aparıldığı vurğulanıb.

Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident Məsud Pezeşkian öz tərəfindən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV

Siyasət
08 avqust 2026 473 baxış
Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV

Siyasət
08 avqust 2026 473 baxış
Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI

Siyasət
08 avqust 2026 473 baxış
Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV

Siyasət
08 avqust 2026 473 baxış
Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI

Fransa və Böyük Britaniya Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini təsdiqlədi - Baku TV CANLI

Siyasət
08 avqust 2026 473 baxış
Azərbaycan və Gürcüstan arasında yükdaşımalardakı çətinliklərin səbəbi açıqlandı - Baku TV

Azərbaycan və Gürcüstan arasında yükdaşımalardakı çətinliklərin səbəbi açıqlandı - Baku TV

Siyasət
08 avqust 2026 473 baxış
Rusiya Azərbaycan vasitəsilə Ermənistana daha nələr göndərdi?

Rusiya Azərbaycan vasitəsilə Ermənistana daha nələr göndərdi?

Siyasət
08 avqust 2026 473 baxış
Nikol Paşinyan və İlham Əliyev arasındakı telefon danışığının detalları

Nikol Paşinyan və İlham Əliyev arasındakı telefon danışığının detalları

Siyasət
08 avqust 2026 473 baxış
Paşinyan Vaşinqtondakı tarixi razılaşmanın ildönümündə Prezident İlham Əliyevə zəng etdi - Baku TV

Paşinyan Vaşinqtondakı tarixi razılaşmanın ildönümündə Prezident İlham Əliyevə zəng etdi - Baku TV

Siyasət
08 avqust 2026 473 baxış
Tərəflər Trampın sülh prosesindəki mühüm rolunu vurğuladılar - Baku TV CANLI

Tərəflər Trampın sülh prosesindəki mühüm rolunu vurğuladılar - Baku TV CANLI

Siyasət
08 avqust 2026 473 baxış
Seçilmişlər
icon